23 iyul 2025 13:51
145

İlk yarımildə ARDNF-in AÇG və “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 milyard 743,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,77 faiz azalma deməkdir.

“İki sahil” ARDNF-in ilk yarımili üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, mənfəət neftinin və qazın satışından 4 milyard 974,3 milyon manat (12,1 faiz azalma), bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat (1,4 faiz azalma), akrhesabı ödənişlər 3,6 milyon manat (sabit qalıb) təşkil edib.

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 milyard 427,3 milyon manat (13,7 faiz az), “Şahdəniz” yatağından (qaz və kondensat) isə 423,3 milyon manat (2,02 faiz çox) məbləğində vəsait daxil olub.