23 iyul 2025 14:16
144

ARDNF qızıl alışını 57 faizdən çox artırıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ABŞ dolları portfelinin 19 milyard 133,2 milyon dollarlıq hissəsini (28,8 faiz) qızıl investisiyaları təşkil edir.

“İki sahil” ARDNF-in ilk yarımili üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, cari il iyunun 30-u tarixinə fondun investisiya portfelinin aktivlər üzrə bölgüsündə qızıl 181,1 ton (57,6 faiz artım) təşkil edib.