14 sentyabr 2025 02:02
77

Azərbaycan güləşçisi dünya çempionatının finalında

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən düyna çempionatında finala yüksəlib.

“İki sahil” xəbər verir ki, o, yarımfinalda Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib. 

Rəqibini üstələyən Meşvildişvili həlledici görüşə vəsiqə qazanıb. 

Final qarşılaşması sabah keçiriləcək.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər 3 güləşçimiz - Nürəddin Novruzov (61), Kənan Heybətov (70 kq) və Arseniy Djioyev (86 kq) əvvəlki mərhələlərdə uduzaraq medalsız qalıblar.