15 sentyabr 2025 23:58
101

Şəhidlərin xatirəsinə həsr olunan voleybol turnirinə yekun vurulub

Cənub qapımız Astarada 9 gün davam edən  “Konstitusiya və Suverenlik ili” çərçivəsində  Vətən müharibəsi şəhidlərinin əziz  xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə rayon turnirinə yekun vurulub.

Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə baş tutan turnirdə 6 komanda yarışların Dairəvi Sistemi üzrə mübarizə aparıb.

Açılış və  təltif etmə  mərasimlərində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev iştirak ediblər.

Yekun nəticəyə əsasən Səncərədi kəndinin  “Alaşa”  komandası turnirin birincisi olub.  II yeri “Stansiya” (Astara) komandası, III yeri "Astara Qaz" (Astara Qaz XC) komandası qazanıb.

I yeri qazanan komanda və komanda üzvləri Astara Olimpiya İdman Kompleksinin kuboku, medalları və diplomları ilə, II və III yerləri qazanan komandalar və komanda üzvləri diplom və medalları ilə təltif olunublar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü