18 sentyabr 2025 08:42
84

Beynəlxalq Olimpiya Komitəsi İsraili beynəlxalq yarışlardan kənarlaşdırmayacaq

İsrail Olimpiya Xartiyasına əməl edir və buna görə də onun idmançıları beynəlxalq yarışlardan kənarlaşdırılmayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bəyanatında deyilir.

Bundan əvvəl İspaniyanın baş naziri Pedro Sançes Qəzza zolağındakı münaqişə səbəbindən İsraili oyunlardan kənarlaşdırmağa çağırıb.

"İsrail və Fələstinin Milli Olimpiya Komitələri BOK tərəfindən tanınır və bərabər hüquqlara malikdir. Hər iki komitə Olimpiya Xartiyasına əməl edir. Biz hazırkı münaqişənin idmançılara təsirini azaltmaq üçün onlarla işləməyə davam edirik", - bəyanatda vurğulanıb.