Böyük Britaniya ABŞ şirkətlərindən 150 milyard funt sterlinq məbləğində investisiya almaq barədə razılıq əldə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmalar ölkə üzrə 7 600-dən çox iş yerinin yaradılmasını nəzərdə tutur.
İnvestisiyalar "təmiz enerji", biotexnologiya və süni intellekt sahəsinə yönəldiləcək.
Bundan əlavə, sabah "Tech Prosperity Deal" beynəlxalq sazişinin, həmçinin hər iki ölkədə nüvə enerjisinin inkişafına təkan verəcək yeni müqavilənin imzalanması planlaşdırılır.