16 oktyabr 2025 08:27
97

Çinin şimal-qərbində 4,3 bal gücündə zəlzələ baş verib

Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Aksu şəhərindən 160 km cənub-qərbdə 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanla sərhəddən təxminən 104 km aralıda yerləşib.

Episentrdə yeraltı təkanların gücü MSK-64 şkalası üzrə 5,3 bal olub.

əlzələlər, o cümlədən kifayət qədər güclü olanlar, vaxtaşırı Çinin Sincan-Uyğur Muxtar Bölgəsində, Monqolustanın həmsərhəd rayonlarında, Rusiyanın Tuva Respublikası, Altay Respublikasında və Buryatiyanın qərb hissəsində baş verir.