Braziliyanın xarici işlər naziri Mauro Vieyra və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda danışıqlar aparıb və prezidentlər Luiz İnasio Lula da Silva və Donald Tramp arasında ikitərəfli görüşə hazırlıq işlərinə başlamaq barədə razılığa gəliblər.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda qeyd edilib: "Tərəflər prezident Tramp və prezident Luiz İnasio Lula da Silva arasında mümkün qədər tez bir zamanda görüş təşkil etmək üçün birgə işləmək barədə razılığa gəliblər".
Braziliya XİN-dən verilən məlumatına görə, tərəflər həmçinin yaxın vaxtlarda bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair danışıqlar aparmaq niyyətindədirlər.
Oktyabr ayında Braziliya və ABŞ liderləri arasında telefon danışığı olub, sonra onlar ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.