17 oktyabr 2025 18:25
153

Con Bolton ABŞ ədliyyə orqanlarına təslim olub

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton özünü ədliyyə orqanlarına təslim edib.

“İki sahil” “Reuters“ə istinadən xəbər verir ki, Bolton və onun komandası ABŞ Ədliyyə Nazirliyinə tabe olan ABŞ Marşallar Xidmətinin ofisinə gəliblər.

Keçmiş milli təhlükəsizlik müşaviri hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, Con Bolton həssas dövlət məlumatını özünün iki qohumu ilə bölüşməkdə ittiham olunur.