18 oktyabr 2025 10:10
99

Fizika üzrə Nobel mükafatı laureatı vəfat edib

Çinli alim, fizika üzrə Nobel mükafatı laureatı bu gün 103 yaşında Pekində vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

"Dünya şöhrətli fizik, fizika üzrə Nobel mükafatı laureatı, Çin Elmlər Akademiyasının akademiki, Tsinxua Universitetinin professoru Yan Çjennin bu gün 103 yaşında Pekində xəstəlikdən vəfat edib", - televiziya kanalı bildirib.