18 oktyabr 2025 19:21
119

İrəvanda Karapetyanın və keşişlərin azad edilməsi tələbi ilə mitinq keçirilir

İrəvanın Azadlıq meydanında biznesmen Samvel Karapetyanın azadlığa buraxılması tələbi ilə "Öz yolu ilə" hərəkatının mitinqi keçirilir.

“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiya iş adamının oktyabrın 16-da həbs müddətinin uzadılması, həmçinin Araqatsotn yeparxiyasının ruhanilərinin kütləvi şəkildə saxlanması fonunda başlayıb.

Mitinqdə müxtəlif siyasi və ictimai xadimlərlə yanaşı, din xadimləri də iştirak edir. Etirazlara "Müqəddəs mübarizə" hərəkatının tərəfdarları və onun lideri arxiyepiskop Baqrat Qalstanyan da qoşulub.