Pakistan ölkənin ilk hiperspektral peyki ("HS-1") uğurla kosmosa buraxıb.
“İki sahil” xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin saytında verilib.
Məlumata görə, "HS-1" yüzlərlə dar spektral diapazonda məlumat toplamağa imkan verən qabaqcıl hiperspektral görüntü texnologiyası ilə təchiz edilib. Bu, torpaqdan istifadə, bitki örtüyünün vəziyyəti, su ehtiyatları və şəhər inkişafının dəqiq monitorinqi və təhlili üçün imkanlar yaradacaq.
Peykin Çin kosmodromundan buraxıldığı bildirilib.