ABŞ Prezidenti Donald Tramp sabiq dövlət başçısı Barak Obamanı demokratiyaya təhdid adlandırıb.
“İki sahil” xəbər verir ki, Tramp bunu "Fox News" telekanalına müsahibəsində bildirib.
“Demokratiyaya məhz o, təhdid yaradır. O, mənim kampaniyamı izləməklə bunu başlatdı”, – deyə Ağ Ev rəhbəri vuröulayıb.
Trampın sözlərinə görə, Obama bu hərəkətin qanunsuz olduğunu bilə-bilə casusluq edib.
ABŞ lideri onu da vurğulayıb ki, “özünə qarşı qanunsuz fəaliyyət göstərən hər kəs məsuliyyətə cəlb olunacaq”.