20 oktyabr 2025 08:29
108

Britaniyada hərbi bazaları təhdid edən dronların vurulmasına icazə veriləcək

Böyük Britaniyada hərbçilərə onların hərbi bazalarını təhdid edən dronları vurmağa icazə veriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Telegraph" nəşri mənbələrinə istinadən məlumat yayıb.

"Qoşunlara yeni hüquqlar veriləcək - Böyük Britaniyanın hərbi bazalarını təhdid edən dronları vurmaq", - məqalədə qeyd olunub.

Bu barədə rəsmi açıqlamanın 20 oktyabr, bazar ertəsi günü Böyük Britaniyanın müdafiə naziri Con Hili tərəfindən verilməsi planlaşdırılır. Nəşrin həmsöhbətinin bildirdiyinə görə, bu icazə yalnız hərbi obyektlərə aid olacaq.

Xatırladaq ki, daha əvvəl KİV-də bir sıra ölkələrin hava limanları yaxınlığında pilotsuz uçuş aparatlarının aşkar edilməsi barədə məlumatlar yayılıb. Belə insidentlər Danimarka, Norveç və Almaniyada qeydə alınıb.