20 oktyabr 2025 11:02
98

Almaniya ABŞ-dən 15 ədəd "F-35" qırıcısı sifariş etmək niyyətindədir

Almaniya ABŞ istehsalı olan 15 ədəd əlavə "F-35" qırıcısı sifariş etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri ölkənin Müdafiə Nazirliyinin Bundestaqın büdcə komitəsinə təqdim etdiyi sənədə istinadən məlumat yayıb.

Sənədlərə əsasən, bu qırıcıların ABŞ-nin "Lockheed Martin" şirkətindən alınması üçün 2,5 milyard avro büdcə qiymətləndirilir.

Bundan əlavə, Müdafiə Nazirliyi 20 ədəd "Eurofighter" qırıcısı sifariş edib.