Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 5-dən etibarən ölkədə hərbi vəziyyət və səfərbərliyin 90 gün müddətinə uzadılması haqqında qanun layihələrini Ali Radaya təqdim edib.
“İki sahil” Ukrayna KİV-inə istinadla xəbər verir ki, müvafiq sənədlər parlamentin saytında yerləşdirilib.
Bu rejimlər 2022-ci ilin fevralından bəri artıq 17-ci dəfədir ki, uzadılır.