23 oktyabr 2025 17:28
142

Rumıniyada kiçik təyyarə qəzaya uğrayıb, pilot ölüb

Rumıniyanın şərqindəki Bakani yaşayış məntəqəsinin yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb, hadisə nəticəsində pilot həlak olub.

“İki sahil” xəbər verir ki, rəsmi məlumata görə, bu, yüngül tipli təyyarə olub və göyərtədə yalnız pilot var imiş. Qəza eniş zamanı baş verib.

İlkin ehtimallara əsasən, hadisəyə güclü duman səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

İlkin məlumatlara görə, həlak olan şəxs Rumıniyada “Daily Group” şərabçılıq və ticarət şirkətinin sahibi olan iş adamıdır.