Çin tərəfi Qazaxıstanda bərpaolunan enerji layihələrinə 1 milyard dollardan çox investisiya qoymaq istəyini bildirib.
“İki sahil” Qazaxıstan Respublikası Energetika Nazirliyinə istinadən xəbər verir ki, energetika naziri Erlan Akkenjenov və “China Energy” şirkətinin prezidenti Tsyao Syubin arasında keçirilən görüşdən sonra iki irimiqyaslı layihənin həyata keçirilməsi planları təsdiqlənib.
Sənədlər Qazaxıstanın Türküstan bölgəsində 300 MVt gücündə günəş elektrik stansiyasının və Karaqanda vilayətində 500 MVt gücündə külək elektrik stansiyasının tikintisini nəzərdə tutur.
Hər iki layihə COP29 iqlim konfransı çərçivəsində (2020-ci ilin noyabr ayında Bakıda keçirilən - red.) imzalanmış bərpaolunan enerji mənbələrinin inkişafı haqqında Hökumətlərarası Sazişin praktiki tətbiqi olacaq.
Avropada milyonlarla avroluq saxta sənət əsərlərinin satışı cəhdinin qarşısı alınıb
Macarıstan Rusiyadan neft və qaz idxalına dair Aİ qadağalarından yayınmağı planlaşdırır