24 oktyabr 2025 17:05
104

Macarıstan Rusiyadan neft və qaz idxalına dair Aİ qadağalarından yayınmağı planlaşdırır

Macarıstan Avropa İttifaqının Rusiyadan neft və qaz tədarükünə dair qadağalarından yayınmağa çalışacaq və bu qərara qarşı mübarizəsini davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Aİ-nin Brüsseldə keçirilən sammitində bəyan edib.

“Doğrudur, Rusiyanın bəzi neft şirkətlərinə qarşı sanksiyalar mövcuddur. Biz hazırda bu sanksiyalardan yan keçməyin mümkünlüyü üzərində işləyirik”, - deyə hökumət başçısı “Kossuth” radiostansiyasının səhər proqramında bildirib.