25 oktyabr 2025 08:40
149

Tramp Kim Çen Inla görüşməyə hazır olduğunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Asiya turu zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşmək fikrinə açıq olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Amerika lideri öz təyyarəsində jurnalistlərə açıqlama verərkən deyib.

"Mən buna 100% açığam. Onunla yaxşı münasibətim var", - deyə o qeyd edib.

Ağ Evin mətbuat katibi Karolin Livitt cümə axşamı bildirib ki, Tramp Malayziya, Yaponiya və Koreya Respublikasına səfər edəcək.

O, təkcə ikitərəfli danışıqlar aparmayacaq, həm də ASEAN və APEC tədbirlərində iştirak edəcək.

Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında danışıqlar oktyabrın 30-da Cənubi Koreyada planlaşdırılır.