Pakistanın Pəncab bölgəsində avtomagistralda ağır qəza baş verib.
“İki sahil” xarici KİV-ə isitnadən xəbər verir ki, sərnişin mikroavtobusu ilə yük maşının toqquşması nəticəsində azı 8 nəfər həyatını itirib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Toqquşmadan sonra aşan mikroavtobusdakı qurbanlardan 3-ü eyni ailənin üzvləri olub. Yerli polis ağır qəzanın sürət həddinin aşılması səbəbilə baş verdiyini bildirir.
Faktla bağlı cinayət işi açılıb.