25 oktyabr 2025 13:47
108

Sudan ordusu Nyala hava limanında yük təyyarəsini partladıb

Sudan ordusu Cənubi Darfur əyalətinin paytaxtı Nyala şəhərində hava limanına pilotsuz uçuş aparatı ilə hücum edərək yük təyyarəsini məhv edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Əl-Cəzirə" mənbəyə istinadən məlumat yayıb.

Telekanal əlavə məlumat təqdim etməyib.

Cənubi Darfur əyalətində Çevik Cavab Qüvvələri (ÇCQ) ilə Sudan ordusu arasındakı münaqişə səbəbindən böhran vəziyyəti qalmaqdadır. Münaqişə 2023-cü ildən bəri davam edir.