25 oktyabr 2025 15:22
108

ABŞ ilə ticarət danışıqlarına yenidən başlamağa hazırıq - Kanada Baş naziri

Kanada Baş naziri Mark Karni ölkəsinin ABŞ ilə gömrük tarifləri və ticarət mövzusunda dayandırılmış danışıqlara yenidən başlaymağa hazır olduğunu açıqlayıb.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, Karni bu barədə Asiya–Sakit Okean İqtisadi Əməkdaşlıq zirvəsinə getməzdən əvvəl jurnalistlərə müsahibəsində danışıb.

Danışıqlar dayandırılmadan əvvəl sektoral sahələr üzrə müəyyən irəliləyişlər əldə edildiyini vurğulayan Baş nazir deyib:

“Bu prosesi, Amerika tərəfi hazır olduğunda, qaldığımız yerdən davam etdirə bilərik. Çünki bu, həm Kanadanın, həm də ABŞ-nin işçiləri üçün faydalı olacaq.”