26 oktyabr 2025 11:09
110

KİV: PKK bu gün Türkiyədən tamamilə çıxacağını açıqlayacaq

PKK terror təşkilatı bu gün Türkiyədən tamamilə çıxacağını açıqlayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.

Bildirilib ki, terror təşkilatı müvafiq qərarı bu gün Türkiyə vaxtı ilə saat 11:00-da İraqın şimalındakı Kandil bölgəsində açıqlayacaq.

Beləliklə, lideri Abdulla Öcalanın çağırışı ilə özünü ləğv etmək barədə qərar qəbul edən təşkilatın tərksilah prosesində yeni mərhələ başlanacaq.

Oktyabrın 25-də PKK-ya yaxın media orqanın internet səhifəsində təşkilatın yeni açıqlama ilə çıxış edəcəyi bildirilib.

Xatırladaq ki, daha əvvəl A.Öcalan tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış edib.