27 oktyabr 2025 02:30
107

Kamerunda müxalifətin etiraz aksiyasında 4 nəfər öldürülüb

Kamerunun iqtisadi paytaxtı Dualada müxalifətin təşkil etdiyi nümayiş zamanı azı 4 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" Çiromanın seçki qərargahına istinadən məlumat yayıb.

Nümayiş zamanı atışma baş versə də, ölənlərlə bağlı rəsmi qurumlar səssiz qalmağa üstünlük veriblər.

Qeyd edək ki, etirazçılar oktyabrın 12-də keçiriləcək prezident seçkilərində namizədləri Bakari İssa Çiromanın tanınmasını tələb ediblər. Ciroma isə öz növbəsində oktyabrın 26-da ölkənin bütün şəhərlərində onu dəstəkləyənləri nümayişlərə çağırıb.

Bu arada, son saatlarda Kamerun sosial mediasında Ciromanın ölkədən qaçdığına dair xəbərlər yayılıb. Müxalifət lideri bunu təkzib edib və "zəfər nümayişi" hazırladığını bildirib.