Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiyanın Malayziya ilə nüvə enerjisi sektorunda əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. Baş nazirin müavininin mətbuat xidmətinin məlumatına görə, Rusiya ölkədə böyük tutumlu nüvə elektrik stansiyalarının və kiçik modul reaktorların tikintisi üçün "öz həllərini" təklif etməyə hazır olduğunu qeyd edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
"Rusiya tərəfi Malayziyaya enerji resursları, əczaçılıq məhsulları və sənaye avadanlıqları, o cümlədən tibbi avadanlıqların tədarükünü artırmaq üçün yaxşı imkanlar görür", - deyə Aleksey Overçuk Malayziya Baş nazirinin müavini Fadillah Yusofla görüşdə bildirib.
İki ölkə arasında ikitərəfli ticarət 2025-ci ilin yanvar-avqust ayları arasında ötən ilin eyni dövrü ilə müqayisədə 32% artaraq 2,47 milyard dollara çatıb.
Türkiyədəki hakimlərin əksəriyyətinin mərc saytlarında hesabı var - ŞOK MƏLUMAT