Yaponiyanın Baş naziri Sanae Takaiçi və ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında "ittifaqın yeni qızıl dövrü"nə dair sazişlər, həmçinin strateji əhəmiyyətli minerallar sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.
“İki sahil” xəbər verir ki, imzalanma mərasiminin yayımını Ağ Evin mətbuat xidməti həyata keçirib.
Tramp bildirib ki, Vaşinqton Tokiodan "çox böyük miqdarda" hərbi texnika sifarişi alıb. Onun sözlərinə görə, bağlanmış ticarət sazişi "çox ədalətlidir".
Qeyd edək ki, bu görüş Takaiçinin 21 oktyabrda vəzifəyə başlamasından sonra Ağ Ev rəhbəri ilə ilk danışıqları olub. Donald Tramp üçün isə bu onun ikinci prezidentlik müddətində Yaponiyaya ilk səfəridir.
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur
Keniyada təyyarə qəzası nəticəsində səkkiz macar və iki alman turist həlak olub
Qazaxıstan Finlandiyanın atom elektrik stansiyalarına uran tədarükünə başlaya bilər