28 oktyabr 2025 21:36
113

Gürcüstan parlamentində müxalif deputatlardan ibarət yeni fraksiya yaradılıb

Gürcüstanın müxalif “Qaxariya Gürcüstan naminə” partiyasının deputatları parlamentdə yeni fraksiya formalaşdırıblar.

“İki sahil” xəbər verir ki, parlamentin Prosedur Məsələlər Komitəsi fraksiyanı qeydə alıb.

Komitə sədri Davit Matikaşvili bildirib ki, “Gürcüstan naminə” fraksiyası 10 deputatdan ibarət olacaq və ona Şalva Kereselidze rəhbərlik edəcək.

Qeyd edək ki, partiya ötən il keçirilmiş parlament seçkilərində 12 deputat mandatı qazanıb. Siyasi birlik seçkilərin nəticələrini tanımadığından qanunverici orqanda təmsilçilikdən imtina edib. Lakin partiya boykota son qoyub və deputat seçilmiş üzvləri oktyabrın 28-dən fəaliyyətə başlayıblar.