29 oktyabr 2025 07:51
111

ABŞ səfiri Meksika XİN-ə çağırılıb

Narkotik qaçaqmalçıları daşıyan katerin Sakit Okeanda Birləşmiş Ştatların hərbçiləri tərəfindən məhv edilməsindən ABŞ-nin Mexikodakı səfiri Ronald Conson sonra Prezident Klaudiya Şeynbaumun tapşırığı ilə Meksikanın Xarici İşlər Nazirliyinə çağırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki açıqlamada bildirilib.

Nazirlik qeyd edib ki, xarici işlər naziri Xuan Ramon de la Fuente və hərbi dəniz qüvvələri naziri Raymundo Morales Anceles ilə ABŞ səfirinin görüşün məqsədi Meksika və ABŞ arasında dəniz sahəsində ikitərəfli koordinasiyanı gücləndirmək olub.

"Tərəflər qarşılıqlı anlaşma şəraitində əsas prioritetlərin dənizdə insanların həyatını xilas etmək və milli suverenliyə tam hörmət olduğunu vurğulayıblar", - bəyanatda qeyd olunub.

Daha əvvəl ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, Amerika qüvvələri Sakit Okeanın şərqində keçirilən əməliyyat zamanı narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi şübhəli bilinən dörd qayığı məhv edib. O, gəmidə olan 15 nəfərdən 14-nün öldüyünü, birinin isə sağ qaldığını bildirib. Meksikanın Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatına başlayıb.