29 oktyabr 2025 07:58
101

Metyu Uitaker: Ukrayna qarşıdakı aylarda 2 milyard dollar yardım alacaq

Ukrayna qarşıdakı aylarda 2 milyard dollar yardım alacaq.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

"Növbəti bir neçə ay ərzində daha 2 milyard dollar və ya daha çox vəsait cəlb etməyimizin ehtimalı var. Bunu çox tezliklə etməyi gözləyirik", - deyə o bildirib.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi dekabrın əvvəlində xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini və bunun "bütün bunlara bir növ sonluq" olacağını dəqiqləşdirib.

O əlavə edib ki, gələn il ABŞ Avropa ölkələri vasitəsilə Ukraynaya 12 və ya 15 milyard dollar dəyərində Amerika silahı tədarük edəcək.