Çinin Şaoyan şəhərinin sakinini canlı yayımda zəhərli ilan sancıb və daha sonra o, itkin düşmüş elan edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Sohu" xəbər portalı məlumat verib.
Məlumata görə, kişi canlı efirdə yerdən ilanları necə çıxardığını nümayiş etdirirmiş. Bir məqamda sürünənlərdən biri videonun müəllifini sancıb. Kişi dərhal xilasetmə xidmətinə zəng edib və bundan sonra efir bitib.
Kişi iki gün ərzində bir neçə tibb müəssisəsində axtarılsa da, onun harada olduğu barədə hər hansı məlumat daxil olmayıb.