Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, parlamentin Tacikistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə və digər rəsmi şəxslər qarşılayıblar.
Sahibə Qafarova Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri ilə ikitərəfli əlaqələri müzakirə edib
Vüqar Rəhimzadə: Qayıdış ünvanlarının sayının artması Zəfər Gününün sevincinə sevinc qatır
Ceyhun Bayramov Omanda Dövlət Şurasının sədri ilə iqtisadi əməkdaşlığı müzakirə edib