Bəzi ölkələrdə süni intellekt (Sİ) əsaslı Grok çatbotunun fəaliyyəti dayanıb.
“İki sahil” xəbər verir ki, bunu "Downdetector" portalının məlumatları göstərir.
Ən çox şikayətlər ABŞ-dəki istifadəçilərdən daxil olub – 1400-dən çox. Onların 63 faizi mobil tətbiqlərin, 36 faizi isə veb versiyanın işləmədiyini bildirib.
Grok çatbotunun fəaliyyətində oxşar nasazlıqlar Avstraliya, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya və digər ölkələrdə də müşahidə olunub.
Misir və ABŞ Qəzzada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini sürətləndirmək istəyir
Rumıniya Baş Qərargah rəisi: Hava məkanımızı pozan hər hədəf dərhal zərərsizləşdiriləcək