Türkiyənin Kocaeli vilayətində ətir fabrikində yanğın baş verib.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocaelinin Dilovası rayonunda baş verən yanğın nəticəsində 6 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Həlak olanların fabrikin işçiləri olduğu bildirilir.
Şəhər valisi İlhami Aktaşın jurnalistlərə açıqlamasına görə, artıq yanğın söndürülüb.
Tramp: Yaxın gələcəkdə "The Times" qəzeti çirkli qapılarını bağlamağa məcbur olacaq
Tramp 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib