"BBC" Ağ Ev rəhbərinin 2021-ci il 6 yanvar tarixli çıxışının hissələrini qərəzli şəkildə montaj edərək hazırladığı "Panorama" reportajı ilə bağlı ABŞ Prezidenti Donald Trampdan üzr istəyib. Britaniyanın iri media korporasiyası bununla belə Trampın mənəvi ziyana görə tələb etdiyi təzminatı ödəməkdən imtina edib.
“İki sahil” xəbər verir ki, üzrxahlıqla bağlı məqalə şirkətin internet səhifəsinin manşetində dərc olunub.
Korporasiya bildirib ki, montaj “Prezident Trampın birbaşa zorakı hərəkətə çağırış etdiyi kimi yanlış təsəvvür yaradıb” və 2024-cü ilə aid həmin proqramın yenidən göstərilməyəcəyinə söz verib.
Trampın vəkilləri korporasiya təkzib yaymadığı, üzr istəmədiyi və ona kompensasiya ödəmədiyi təqdirdə "BBC"ni 1 milyard dollar məbləğində təzminat tələbi ilə məhkəməyə verməklə hədələyiblər.
Hadisə ətrafındakı böyüyən qalmaqal bazar günü "BBC"nin baş direktoru Tim Devisin və xəbər xidmətinin rəhbəri Debora Törnessin istefası ilə nəticələnib.
Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır
Kallas: Aİ Rusiya səfirini çağıracaq və bu ölkənin hərbi-sənaye kompleksinə qarşı yeni sanksiyalar təklif edəcək
Ukrayna Futbol Assosiasiyasının sabiq prezidenti Andrey Pavelko Slovakiyada saxlanılıb