20 noyabr 2025 19:20
114

Ağcabədidə yük maşını avtomobillə toqquşub, iki nəfər ölüb

Ağcabədidə yük maşını avtomobillə toqquşub, iki nəfər ölüb.

“İki sahil” xəbər verir ki, qəza hadisəsi Ağcabədi rayon Qaradolaq kəndi ərazisində baş verib.

"GAZ"el markalı yük maşını hərəkətdə olarkən "VAZ" 21015 markalı minik maşını ilə toqquşub. Nəticədə "VAZ"ın sürücüsü 1984-cü il təvəllüdlü Vəliyev Orxan hadisə yerində ölüb.

Avtomobildə olan sərnişinlər O.Vəliyevin həyat yoldaşı Vəliyeva Türkan və əmisi oğlu 1972-ci il təvəllüdlü Vəliyev Elsevər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyata götürülən ağır yaralı E.Vəliyev əməliyyatdan sonra xəstəxanada vəfat edib. Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.