21 noyabr 2025 08:14
85

Məktəblərdə payız tətili başa çatıb

Bu gündən ümumi təhsil müəssisələrində payız tətili başa çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Noyabrın 21-i ümumi təhsil müəssisələrində payız tətilindən sonra ilk dərs günüdür.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” qərarına əsasən, ümumi təhsil müəssisələrində payız tətili noyabrın 16-dan 20-dək olan günləri əhatə edir.