Sabunçu rayonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, YAP Sabunçu Rayon Təşkilatının, Sabunçu Rayon İcra Hakimiyyətinin, “Balakhani Operating Company LTD” şirkətinin rəhbər heyət üzvləri, əməkdaşları və fəal gənclər iştirak ediblər.
Aksiyanın əsas məqsədi ekoloji maarifləndirmə, yaşıllıqların bərpasını təşviq etmək, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizəyə dəstək olmaqdır. Aksiya çərçivəsində ümumilikdə 400-ə yaxın zeytun ağacı əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib.
İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb