22 noyabr 2025 10:11
128

“Elektron Hərrac Portalı” vasitəsilə 600-ə yaxın hərrac keçirilib

“Elektron Hərrac Portalı” portalı vasitəsilə 600-ə yaxın hərrac keçirilib, satılan əmlakların ümumi dəyəri 100 milyon manatdan çox olub.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Hərraclarda şəffaflığın artırılması məqsədilə istifadəyə verilmiş “Elektron hərrac” portalı qısa müddətdə səmərəli fəaliyyət göstərib”, - deyə nazirlikdən bildirilib.