Bakıda noyabrın 21-də çoxmərtəbəli yaşayış binasında baş verən yanğında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb.
“İki sahil” xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir.
Məlumata görə, onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə zamanı üç nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılmışdı.
Faktla bağlı cinayət işi başlanıb.
Ədliyyə Nazirliyi: Yaxın günlərdə yeni rəqəmsal alətlər və süni intellekt həllər istifadəyə veriləcək
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar