22 noyabr 2025 11:25
49

Ədliyyə Nazirliyi: Yaxın günlərdə yeni rəqəmsal alətlər və süni intellekt həllər istifadəyə veriləcək

Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə yeni rəqəmsal alətlər və süni intellekt həllərinin (insan resurslarının idarə edilməsi proqramı, müraciətlərin cavablandırılması üçün süni intellekt assistenti, ekstradisiya proseslərinin idarəsi üçün proqram təminatı) yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, hazırda cəza-icra və probasiya sistemində rəqəmsallaşma tədbirləri (penitensiar müəssisələrdə üztanıma texnologiyalarının tətbiqi, məhkumlarla görüşlərin onlayn qeydiyyatı, Probasiya xidməti üzrə yeni elektron nəzarət mexanizmlərinin, həmçinin məhkumlar üçün vahid məlumat bazasının yaradılması, teletibb xidmətinin təşkili) genişləndirilir.