Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 190 min ton maye qaz istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,7 min ton və ya 14,2% çoxdur. Keçən ilin eyni dövründə ölkədə 166,3 min ton maye qazlar istehsal edilmişdi.
Bu ilin noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 2,6 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.