22 noyabr 2025 18:33
113

Penitensiar xidmətinin balansında olan inzibati binanın açılışı olub

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin balansında olan inzibati binanın əsaslı təmirdən sonra açılışı olub.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, açılışda ədliyyə naziri Fərid Əhmədov iştirak edib. Nazir inzibati binada aparılmış təmir və yenidənqurma işləri ilə tanış olub. F.Əhmədov, həmçinin inzibati binada Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin Arxiv şöbəsi üçün yaradılan yeni inzibati məkana da baxış keçirib.

Arxiv şöbəsi üçün nəzərdə tutulan inzibati məkan müasir texniki standartlara uyğun qurulub. Burada arxiv sənədlərinin mühafizəsi, eləcə də rəqəmsallaşdırılması üçün tam şərait yaradılıb.

Binada yüksəktutumlu saxlanclar, geniş iş otaqları və vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş müasir tələblərə uyğun otaq fəaliyyət göstərəcək.