26 noyabr 2025 22:23
94

Honq Konqda yanğın nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb

Honq Konqda Tay Po yaşayış kompleksində yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb, 29 nəfər xəsarət alıb.

“İki sahil” "The South China Morning Post"a istinadən xəbərinə görə daha 279 nəfər itkin düşmüş sayılır.

Uels Şahzadəsi Xəstəxanasına yerləşdirilən 29 nəfərdən yeddisinin vəziyyəti ağırdır.

Çin Sədri Si Cinpin axşam bəyanatında ölənlərin ailələrinə başsağlığı verib.