Qvineya-Bisauda dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirən hərbçilər ölkəni idarə etmək üçün ali orqan kimi intizamın bərpası üzrə Ali hərbi komandanlıq yaradıblar.
“İki sahil” xəbər verir ki, bunu milli televiziyada çıxışı zamanı briqada generalı Denis N"Kanya elan edib.
Onun sözlərinə görə, komandanlıq ölkəni müvəqqəti idarə edəcək. Bu struktura kimin rəhbərlik etdiyi hələ açıqlanmayıb.
Hərbçilər artıq bütün mülki institutların fəaliyyətini dayandırıb, Qvineya-Bisaunun xarici sərhədlərini bağlayıb, gecə vaxtı komendant saatı tətbiq edib, KİV-lərin fəaliyyətini dayandırıb, 23 noyabrda keçirilmiş prezident və parlament seçkilərinin səslərinin sayımını dayandırıblar. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası nəticələri 28 noyabrda elan etməyi planlaşdırırdı.
"Jeune Afrique" nəşri xəbər verib ki, ölkə prezidenti Umaro Sissoko Embalo ilə yanaşı, aparıcı müxalifət partiyası – Qvineya və Kabо-Verdenin Afrika Müstəqillik Partiyasının lideri Dominquş Simoyş Pereyra və həmin partiyanın prezident seçkilərindəki namizədi Fernandu Diaş de Koşta da həbs olunub. Onların harada saxlanıldığı məlum deyil.
Hərbçilərin hakimiyyəti ələ almasından əvvəl general N"Kanya prezidentin hərbi kargüzarlığının rəhbəri vəzifəsini tuturdu. Bu qurum dövlət başçısının şəxsi təhlükəsizliyinin təmin olunması məsələlərinə cavabdeh idi.
Fransa Senatı 2026-cı il üçün sosial büdcə haqqında qanun layihəsini qəbul edib