Ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 7-də Fəxri xiyabanı ziyarət edib.
“İki sahil” xəbər verir ki, nümayəndə heyəti əvvəlcə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Sonra görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.
Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizlik vəziyyəti müzakirə ediblər
Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub