2024-cü ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 650 milyon ABŞ dolları təşkil edib. Tərəflər ticarət əlaqələrinin artırılması istiqamətində müzakirələr aparıblar. Çünki mövcud göstəricilər ölkələr arasındakı potensialı tam əks etdirmir.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə keçirilən brifinqdə deyib.
“Hazırda Ağbənd-Kəlalə avtomobil körpüsünün inşası davam etdirilir və layihənin 2026-cı ildə tamamlanması nəzərdə tutulur. Bu körpü iki ölkə arasında nəqliyyat və kommunikasiya sahələrində əlaqələrə mühüm töhfə verəcək”, - deyə nazir əlavə edib.
Ceyhun Bayramov: Azərbaycan hərbçilərinin Qəzzada iştirakı ilə bağlı yekun qərar yoxdur
İkitərəfli və üçtərəfli görüşlər regionda sülh və sabitliyin gücləndirilməsi üçün faydalı olacaq
Milli Məclisdə Azərbaycan dilinin mövcud vəziyyətinə həsr olunan konfrans keçirilib
Ceyhun Bayramov: Üçtərəfli formatlarda dialoqun davam etdirilməsi planlaşdırılır