08 dekabr 2025 13:51
87

Milli Məclisdə Azərbaycan dilinin mövcud vəziyyətinə həsr olunan konfrans keçirilib

Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, AMEA Dilçilik İnstitunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Audivizual Şuranın sədri İsmət Səttarov, eləcə də deputatlar, həmçinin dilçilik sahəsi üzrə ailmlər, ictimai xadimlər iştirak ediblər.

Konfransda Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələrə dair müzakirələr aparılıb.