Azərbaycan beynəlxalq stabilləlşdirici qüvvələr adı altında Qəzzaya dəvət olunub, yekun qərar yoxdur.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.
O bəyan edib ki, Qəzzada baş verən proseslər ciddi narahatlıq doğurur:
"Bu müstəvidə ABŞ tərəfindən elan edilən Sülh planını müsbət qarşıladıq. Daha sonra BMT-nin TŞ qətnamələri oldu və biz dəstəyimizi verdik. Azərbaycan nadir ölkələrdəndir ki, bütün ölkələrlə müsbət əlaqələri var və bizə inam var. Azərbaycan üçün bu məsələdə sual doğuran məsələlər var. Öz sorğularımızı müvaqif yerlərə ünvanladıq. Burada müxtəlif aspektlər var, mandat, başqa dövlətlər, ş və s. Tərəfimizdən qaldırılan suallara tam cavab yoxdur. Ona görə də Azərbaycan hərbçilərinin orada iştirakı ilə bağlı yekun qərar mövcud deyil".
İkitərəfli və üçtərəfli görüşlər regionda sülh və sabitliyin gücləndirilməsi üçün faydalı olacaq
Milli Məclisdə Azərbaycan dilinin mövcud vəziyyətinə həsr olunan konfrans keçirilib
Ceyhun Bayramov: Üçtərəfli formatlarda dialoqun davam etdirilməsi planlaşdırılır