Sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin görkəmli şair, dramaturq və ictimai xadim Hidayət Orucovun yaradıcılığına həsr etdiyi elmi məqaləsi lıbrary.ru elektron elmi bazasında yerləşdirilib.

“İki sahil” xəbər verir ki, "Qeyri-səlis məntiq kəhkəşanında kamilləşən şəxsiyyətin ucalığı" adlı məqalə əvvəlcə Qırğızıstan Milli Elmlər Akademiyasının "Xəbərlər" jurnalında çap olunub. Məqalədə Hidayət Orucovun dramaturgiyasının ötən əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində milli teatr hərəkatının inkişafındakı rolu vurğulanır.
Müəllif onun pyeslərində qaldırılan məsələlərin müasir dramaturgiya və teatr kontekstində əhəmiyyətini araşdırır, Hidayət Orucovun Azərbaycan ədəbiyyatı, teatr sənəti və mədəniyyətinin formalaşmasındakı müstəsna xidmətlərini qeyd edir.